Yuxarı

ABŞ-ın Azərbaycandakı səfirliyi ötən il 500 tələbəyə viza verib

Derek Hoqan: “Azərbaycan universitetləri də çox keyfiyyətli təhsil verir”

Bakı. 2 Oktyabr. REPORT.AZ/ “Azərbaycandan ABŞ-a təhsil almaq üçün gedənlərin sayı hər il artır. Təkcə ötən il səfirlik tərəfindən 500 tələbəyə viza verilib”. “Report”un məlumatına görə bunu oktyabrın 1-də “Park İnn” hoteldə keçirilən təhsil sərgisi zamanı jurnalistlərin suallarını cavablandıran ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan deyib.

ABŞ rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatlarda təhsil almaq istəyən gənclər üçün imkanlar daha da genişləndirilir:

“Azərbaycan universitetləri də çox keyfiyyətli təhsil verir. Biz istəyirik ki, azərbaycanlı gənclər ABŞ-ın beynəlxalq aləmdə tanınmış universitetlərində təhsil alsın. Gənclər Azərbaycan hökumətinin elan etdiyi xaricdə təhsil proqramı, yaxud Dövlət Departamentinin yaratdığı imkanlar vasitəsi ilə öz təhsillərini ABŞ-da davam etdirə bilərlər. Azərbaycanın Gəncə və Sumqayıt şəhərlərində təhsil-məlumat mərkəzlərimiz var. Regionlarda yaşayanlar Bakıya gəlmədən həmin mərkəzlərdən ABŞ-da təhsil almaqla bağlı məsləhətlər ala bilərlər”.

Xatırladaq ki, sərgidə 10 ABŞ universiteti və digər ödənişsiz təhsil proqramları təmsil olunur və müxtəlif sahələr üzrə imkanlar təqdim edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi