Yuxarı

İndiyədək 900-ə yaxın xüsusi istedada malik uşaq müsahibə mərhələsindən uğurla keçib

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə aparılan müsahibələr davam edir

Bakı. 30 iyul. REPORT.AZ/ Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə aparılan müsahibələr davam edir. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumata əsasən, artıq qeydiyyatdan 3 772 nəfər keçib. Qeydiyyatdan keçmiş uşaqlardan 742 nəfəri təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilən məktəblərdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq kursunu bitirməsinə dair sertifikat əldə edib. Kursu müvəffəqiyyətlə bitirərək sertifikat alan xüsusi istedada malik və 6 yaşı sentyabrın 16-dan dekabrın 31-nə kimi tamam olan uşaqlar I sinfə müsahibədənkənar qəbul olurlar.

İyulun 21-dən indiyədək keçirilən müsahibədən 871 nəfər məqbul, 534 nəfər isə qeyri-məqbul cavab alıb. Cavablar iki gün ərzində mesaj şəklində valideynin mobil telefonuna və mektebeqebul.edu.az saytında yaratdığı şəxsi kabinetinə göndərilir.

Xatırladaq ki, müsahibələr Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir. Belə ki, uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər (və ya qanuni nümayəndələr) övladlarının müsahibədə iştirakı üçün iyulun 1-dən 31-nə kimi mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçən valideyn müsahibənin tarixi və vaxtı barədə məlumat olan buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli məktəbə gətirməlidir.

Qeyd edək ki, məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi