700 bal toplamış abituriyentlərin bitirdiyi məktəblərin adları açıqlanıb - SİYAHI

700 bal toplamış abituriyentlərin bitirdiyi məktəblərin adları açıqlanıb - SİYAHI Bakı. 20 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlərin adlarını açıqlayıb.
Elm və təhsil
20 İyul , 2018 17:19
700 bal toplamış abituriyentlərin bitirdiyi məktəblərin adları açıqlanıb - SİYAHI
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlərin adlarını açıqlayıb.

DİM-dən "Report"a bildirilib ki, imtahanda I ixtisas qrupu üzrə 11 abituriyent (Bakı şəhəri, 297 saylı orta məktəb, 109 saylı orta məktəb, 169 saylı orta məktəb, 58 saylı orta məktəb, Göyçay rayonu, Ləkçılpaq kənd 1 saylı orta məktəb, Goranboy rayonu, Sarıkürd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 9 saylı orta məktəb, Bakı Türk liseyi, “Elitar” gimnaziya - İ.Əfəndiyev adına, Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 saylı orta məktəb, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları), IV ixtisas qrupu üzrə isə 4 abituriyent (Bakı şəhəri, 29 saylı orta məktəb, 192 saylı orta məktəb, “İntellekt” məktəb-liseyi, Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və 700 bal toplayıb.

Son xəbərlər

Orphus sistemi