700 bal toplamış abituriyent: “BANM-da yaradılmış yüksək şərait buranı seçməyimə təsir göstərdi”

700 bal toplamış abituriyent: “BANM-da yaradılmış yüksək şərait buranı seçməyimə təsir göstərdi” Bakı. 25 iyul. REPORT.AZ/ Bu ilin qəbul imtahanlarında 700 bal toplamış Anar Abıyev Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib. Report həmin müsahibəni təqdim edir:
Elm və təhsil
25 İyul , 2018 12:27
700 bal toplamış abituriyent: “BANM-da yaradılmış yüksək şərait buranı seçməyimə təsir göstərdi”
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ Bu ilin qəbul imtahanlarında 700 bal toplamış Anar Abıyev Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir:

- Anar, özünüz haqda bir az danışın.

- Mən, Anar Abiyev 2001-ci il iyun ayının 3-də Lerik rayonunda anadan olmuşam. 2007-ci ildə 34 nomrəli məktəbdə birinci sinfə getmişəm, 2008-ci ildən isə 297 nömrəli tam orta məktəbdə oxumuşam.

- Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdiz?

- Göstərdiyim nəticəyə görə ilk növbədə məktəbdə mənə savad verən müəllimlərimə, “Zəfər” kursu kollektivinə, valideynlərimə və bacıma təşəkkür edirəm.

- Anar, ali məktəblər arasında niyə məhz Bakı Ali Neft Məktəbini seçdiz?

- BANM-da yaradılmış yüksək şərait, ingilis dilində müasir tədris, həmçinin xarici universitet və şirkətlərlə geniş əlaqələri bu Ali Məktəbi seçməyimə öz təsirini göstərən amillərdir.

- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Boş vaxtlarımda bədii kitablar oxuyuram, basketbol oynayıram, açıq havada piyada gəzirəm.

- Niyə I qrupa üstünlük vermisiz?

- Birinci qrupun fənlərinə uşaq yaşlarımdan həvəsim olub. Həm də bu fənləri öyrəndikcə məhz bu istiqamətdə uğurlar əldə edə biləcəyimə inanmışam.

- Sizcə müasir dövrdə parlaq gələcəyi olan ixtisas hansıdır?

- Demək olar ki, bütün sektorlarda her şey avtomatlaşmaya doğru gedir. Bu səbəbdən fikrimcə, “Proseslərin avtomatlaşdırılması mühəndisliy” ixtisası parlaq gələcəyi olan ixtisaslardandır.

- BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

- Mən elə BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçdim. Uşaq yaşlarımdan dəqiq elmlərə və IX – XI siniflərdə isə proqramlaşdırmaya olan həvəsim məni bu qərarı verməyə təkan verdi.

- BANM-ı bitirdikdən sonra planlarınız nədir?

- BANM-ı bitirdikdən sonra prestijli xarici universitetlərin birində təhsilimi davam etdirmək və öz sahəm üzrə daha geniş biliklər əldə edərək həmin sahənin profesional mütəxəssisi olmaq istəyirəm.

- Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiz?

- Bu gələcəkdə qazanacağım bilik və uğurlara bağlıdır.

- Ən çox hansı fənni və nə üçün sevirsiz?

- Fizika fənnini daha çox sevirəm, çünki bu fənn təbiət elmləri arasında aparıcı yerdədir. Fizikanı bilmək yaşadığımız dünyanı, təbiəti və kosmosu bilməkdir.

- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

- Uğur qazanmağın əsas yolu nə istədiyini əvvəlcədən müəyyən etməkdir. Yalnız bundan sonra müəyyən etdiyin hədəf uğrunda çalışmağa başlamaq lazımdır.

- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?

- Mən bizdən sonrakl abituriyentlərə məsləhət görərdim ki, bacarıqlarına uyğun ixtisas qrupunuı müəyyən etsinlər. Qarşılarına məqsəd qoysunlar və ona çatmaq üçün hər gün bezmədən çalışsınlar.

Son xəbərlər

Orphus sistemi