Yuxarı

AMEA Coğrafiya İnstitutunda ​70 ildə 300-dən çox monoqrafiya, 500-ə yaxın məqalə çap olunub

Ramiz Məmmədov: İnstitutda landşaftşünaslıq, geomorfologiya, paleocoğrafiya, neotektonika və Xəzər dənizi sahəsində tədqiqatlar aparılıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ AMEA Coğrafiya İnstitutunda 70 il ərzində 300-dən çox monoqrafiya, atlas, xəritə, 100-dən artıq kitab və dərslik, 5 000-ə yaxın məqalə çap olunub. "Report"un məlumatına görə, bu barədə İnstitutun direktoru Ramiz Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, İnstitutda ölkə ərazisində təbii, iqtisadi və sosial coğrafi proseslərin inkişafı, onların qarşılıqlı əlaqələri, təbii ehtiyatların yerləşməsi qanunauyğunluqları, onlardan səmərəli istifadə yollarının öyrənilməsi üzrə elmi-tədqiqatlar aparılır. Biosferin, atmosferin və dənizin təbii sərvətlərinin tədqiqi, onlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi üzrə bir sıra elmi problemlər işlənilib. İnstitutda iqlimin proqnozu, hidrometeoroloji proseslərin tədqiqi, landşaftşünaslıq, geomorfologiya, paleocoğrafiya, neotektonika, biocoğrafiya və Xəzər dənizi sahəsində tədqiqatlar aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi