İşdən azad edilən 55 nəfərdən 12-si dövlət qulluğu imtahanında uğur qazanıb

İşdən azad edilən 55 nəfərdən 12-si dövlət qulluğu imtahanında uğur qazanıb Bakı. 28 dekabr. REPORT.AZ/ İnzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında bəzi statistik məlumatlar açıqlanıb.
Elm və təhsil
28 Dekabr , 2018 09:59
İşdən azad edilən 55 nəfərdən 12-si dövlət qulluğu imtahanında uğur qazanıb

Bakı. 28 dekabr. REPORT.AZ/ İnzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında bəzi statistik məlumatlar açıqlanıb. 

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən şəxlərdən 1394 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir.

Onlardan 397 nəfər imtahanı müvəffəqiyyətlə verib. İmtahanda iştirak edənlərdən 454 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub.

Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 56 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 15 nəfər imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxlərdən isə 343 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 51 nəfər müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 55 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 12 nəfər uğur əldə edib.

Xatırladaq ki, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1848 namizəddən 475 nəfər (25.7%) müvəffəqiyyət əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Növbəti müsahibə elanları dim.gov.az saytında yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi