Yuxarı
    Bağlamaq

    Azərbaycanda 521 namizəd rezidentura təhsili almaq şansı qazanıb

    Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri iyulun 22-dən 28-dək olan müddətdə müvafiq qurumlara təqdim etməlidirlər

    Bakı. 15 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbulun nəticələrini açıqlayıb. TQDK-dan "Report"a verilən xəbərə görə, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 597 namizəddən 521 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. 

    Onlardan 116 nəfərini oğlanlar, 405 nəfərini qızlar təşkil edir. 294 namizəd cari ilin, 227 namizəd isə əvvəlki illərin məzunudur.

    Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul olan namizədlərin siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olduğu “Rezidentura” jurnalının 4-cü sayının abituriyent.az saytında elektron satışı təşkil olunub.

    Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri iyulun 22-dən 28-dək olan müddətdə müvafiq quruma:

    - Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbayca Respublikası Müdafiə Nazirliyinə;

    - Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə;

    - Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

    Namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi