TQDK: 4629 magistr ali təhsil müəssisələrində qeydiyyatdan keçib

TQDK: 4629 magistr ali təhsil müəssisələrində qeydiyyatdan keçib İxtisaslaşma seçimi 8-14 avqustda aparılacaq
Elm və təhsil
13 İyul , 2016 18:11
TQDK: 4629 magistr ali təhsil müəssisələrində qeydiyyatdan keçib

Bakı. 13 iyul. REPORT.AZ/ Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların qəbul olunduqları ali təhsil müəssisələrində qeydiyyatı başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “Report”a verilən məlumata görə, magistraturaya qəbul olunan 5 359 bakalavrdan (o cümlədən “ADA” Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunan) 4 629 nəfəri qeyd olunan müddətdə ali təhsil müəssisələrində qeydiyyatdan keçib.

730 nəfər qeydiyyatdan keçməyən bakalavrdan 270-i oğlan, 460-ı qızdır. Bakalavrın qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Boş qalan plan yerləri haqqında məlumat “Magistr” jurnalının 6 nömrəli buraxılışında veriləcək.

İxtisaslaşma seçimi 8-14 avqustda aparılacaq.

Son xəbərlər

Orphus sistemi