​Azərbaycan ərazisində 43 növ nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitki var

​Azərbaycan ərazisində 43 növ nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitki var “Azərbaycanın nadir oduncaqlı bitkilərinin bioekologiyası, çoxaldılması və mühafizəsi” adlı kitab nəşr olunub
Elm və təhsil
12 Yanvar , 2015 15:02
​Azərbaycan ərazisində 43 növ nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitki var

Bakı. 12 yanvar. REPORT.AZ/ AMEA Mərkəzi Nəbatat Bağının alimləri tərəfindən “Azərbaycanın nadir oduncaqlı bitkilərinin bioekologiyası, çoxaldılması və mühafizəsi” adlı kitab nəşr olunub. 

"Report"un xəbərinə görə, 276 səhifədən ibarət olan yeni nəşrdə Azərbaycan ərazisində yayılan 24 fəsilə və 36 cinsi təmsil edən 43 növ nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərin in situ və ex situ şəraitində müqayisəli şəkildə bioekoloji xüsusiyyətləri haqqında məlumat verilir.

Kitabda həmçinin Azərbaycanın nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin taksonomik tərkibi və onların müxtəlif şəraitlərdə biruzə verdikləri bioekoloji, botaniki-coğrafi xüsusiyyətləri də öz əksini tapıb.

Kitabın müəllifləri Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, AMEA-nın müxbir üzvü Maqsud Qurbanov və laboratoriya müdiri, biologiya üzrə elmlər doktoru Elman İsgəndərdir.

Son xəbərlər

Orphus sistemi