Yuxarı

40 nəfər məzun işlə təmin olunub

Gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə məlumat bazası hazırlanıb, əmək yarmarkaları təşkil edilib

Bakı. 8 iyun. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional ofisinin tərkibində fəaliyyət göstərən "Karyera Planlama Xidməti"nin ilk məzunları işlə təmin olunub. Bu barədə "Report"a GTM-in mətbuat xidmətindən məlumat verilib.

Xidmətin təşkil etdiyi təlim proqramı müddətində gənclərə müsahibələrə hazırlıq, özünü təqdimetmə, şəxsi inkişaf və digər mövzularda biliklər verilib, "tətbiq edərək öyrənmək" üsulundan istifadə edərək qrup məşğələləri keçirilib.

Xidmət gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə məlumat bazası hazırlayıb, onlar üçün əmək yarmarkaları təşkil edilib.

Turizm istiqaməti üzrə texniki-peşə bacarıqlarına yiyələnən gənclərdən 2 nəfər mühasib, 2 nəfər mühafizəçi, 2 nəfər qeydiyyatçı (reception), 2 nəfər bell-boy, 2 nəfər housekeeper, 1 nəfər housekeeper menecer, 2 nəfər qabyuyan, 1 nəfər bağban, 3 nəfər xadimə, 3 nəfər aşbaz, 1 nəfər xilasedici, 2 nəfər restoran menecer, 3 nəfər barmen və 14 nəfər ofisiant işi ilə təmin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi