Yuxarı

​40 milyon amerikalı tələbənin kredit borcu var

Son 6 ildə borcun orta məbləği 23 min dollardan 29 min dollara çatıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ ABŞ-ın məşhur “Experian” kredit bürosunun apardığı araşdırmaya görə, hazırda 40 milyon amerikalı tələbənin kredit borcu var. “Report” xəbər verir ki, bu barədə “CNN Money” məlumat yayıb.

Son 6 ildə kredit borcu olan amerikalıların sayında artım müşahidə olunub. Belə ki, 2008-ci ildə kredit borcu olan tələbələrin sayı 29 milyon nəfər olub. Kredit borcu olan tələbələrin sayında və borcun məbləğində də dəyişiklik var. Qeyd edildiyi kimi, 2008-ci ildən fərqli olaraq hazırda hər dörd tələbədən üçünün kredit borcu var. Digər tərəfdən 2008-ci ildə borcun orta məbləği 23 min ABŞ dolları idisə, hazırda bu məbləğ 29 min dollar civarındadır.

Amerikalı tələbələrin məcmu kredit borcu son illər 84% artaraq 1,2 trln. dollara çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi