TQDK ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqlayıb

TQDK ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqlayıb 32 196 nəfər ali təhsil müəssisələrinə qəbul olub
Elm və təhsil
12 Avqust , 2015 17:56
TQDK ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqlayıb

Bakı. 12 avqust. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqlayıb. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Tələbə adı qazanan şəxslər avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin müsabiqəsində 38 763 abituriyent iştirak edib. Onlardan 32 196 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

Abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 13-də "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaq. Jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək mümkündür. 

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 14-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 14-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar. 

Son xəbərlər

Orphus sistemi