Yuxarı
    Bağlamaq

    31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub

    © Report

    Bakı. 27 mart. REPORT.AZ/ AMЕA Naxçıvan Bölməsinin Elektron kitabxanasında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub.

    Bu barədə "Report"a AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən məlumat verilib.

    Sərgidə Azərbaycan torpaqlarında əsrlər boyu ermənilər tərəfindən törədilən soyqırımlar və onun qurbanlarının faciəvi qətlini əks etdirən sənəd və materiallar, habelə torpaqlarımızın bütövlüyü uğrunda Vətən övladlarının göstərdikləri qəhrəmanlıqlardan bəhs edən toplu, qəzet və jurnal məqalələri nümayiş etdirilir.

    Sərgilənən materiallar arasında akademiklər-Cəlal Əliyevin və Budaq Budaqovun “Tarixi həqiqətin soyqırımı”, akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, Yusif Ağayev və Səbuhi Əhmədovun “İstiqlal yürüşü-1918”, Elman Cəfərlinin “Naxçıvanda erməni-Azərbaycan münaqişəsi”, Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə”, Mustafa Görüryılmazın “Türk Qafqaz İslam ordusu və ermənilər (1918)”, eyni zamanda “Erməni xəyanəti: terror, soyqırımı və deportasiya siyasəti”, “Erməni daşnak faşizmi və Azərbaycan”, “Qarabağ həqiqətləri”, “Dünyanın mənfur milləti: erməni” və digər bu qəbildən olan kitablar nümayiş olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi