Təhsil Nazirliyi: 8553 müəllim işə götürülüb, 300 məktəbə yeni direktor təyin edilib

Təhsil Nazirliyi: 8553 müəllim işə götürülüb, 300 məktəbə yeni direktor təyin edilib Yeni müsabiqə mexanizmi əsasında 2018-2019-cu tədris ilində 300 məktəbə, son 5 ildə isə 900 məktəbə yeni direktor təyin edilib.
Elm və təhsil
14 İyun , 2019 11:56
Təhsil Nazirliyi: 8553 müəllim işə götürülüb, 300 məktəbə yeni direktor təyin edilib

Yeni müsabiqə mexanizmi əsasında 2018-2019-cu tədris ilində 300 məktəbə, son 5 ildə isə 900 məktəbə yeni direktor təyin edilib.

Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

Məktəb rəhbərlərinin təyinatı sisteminin təkmilləşdirilməsi istiqamətində işlər hazırda davam etdirilir.

Nazirlikdən bildirilib ki, ümumilikdə müddətsiz müqavilə əsasında 4053, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilib. Bu da son illərdə vakant yerlərin 100 faiz tutulması baxımından ən yüksək göstərici olub.

2018-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı 51 mini ötüb. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi