Yuxarı
    Bağlamaq

    2010-cu ildə anadan olan, lakin məktəb yaşına çatmayan uşaqlar da məktəbəhazırlıq qruplarına cəlb edilə bilər - RƏSMİ

    Təhsil Nazirliyi bununla bağlı yerli təhsili idarəetmə orqanlarına tövsiyə verib

    Bakı. 21 sentyabr. REPORT.AZ/ Təhsil Nazirliyi 2010-cu ildə anadan olan, lakin məktəb yaşına çatmayan uşaqların hazırlıqlara cəlb olunması məsələsinə aydınlıq gətirib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.

    “Bununla belə, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, yaradılan qrupların sayını artırmamaq şərti ilə uşaq sayı norması imkan verdiyi halda, 2010-cu ildə anadan olan, lakin məktəb yaşına çatmamış uşaqların da valideyninin arzusuna görə, məktəbəhazırlıq qruplarına cəlbi yerli təhsili idarəetmə orqanlarına tövsiyə edilib”, - nazirlikdən əlavə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi