1300-ə yaxın namizəd rezidenturaya imtahan verəcək

1300-ə yaxın namizəd rezidenturaya imtahan verəcək Namizədlər sabahdan buraxılış vərəqələrini çap edə bilərlər
Elm və təhsil
28 Mart , 2016 14:56
1300-ə yaxın namizəd rezidenturaya imtahan verəcək

Bakı. 28 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 3-də 2016/2017-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının I mərhələsini keçirəcək. 

TQDK-nın mətbuat xidmətindən "Report"a bildirilib ki, namizədlər martın 29-dan etibarən öz elektron ərizələrinə daxil olaraq "Namizədin imtahana buraxılış vərəqiəsi"ni çap edə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə martın 1-dən 10-dək aparılıb və 1 239 nəfər namizəd elektron ərizə doldurub və təsdiq edib. Onlardan 853 nəfəri qız, 386 nəfəri isə oğlandır. 1 085 namizəd Azərbaycan bölməsinin, 154 namizəd isə rus bölməsinin məzunudur.

Son xəbərlər

Orphus sistemi