130-a yaxın şəxs vakant dövlət qulluğu vəzifələrinə təyin olunub

130-a yaxın şəxs vakant dövlət qulluğu vəzifələrinə təyin olunub Dövlət qulluğuna qəbulla bağlı elan edilən müsabiqə başa çatıb
Elm və təhsil
17 Aprel , 2015 17:10
130-a yaxın şəxs vakant dövlət qulluğu vəzifələrinə təyin olunub

Bakı. 17 aprel. REPORT.AZ/ Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 81 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan 922 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə başa çatıb. Komissiyadan "Report"a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 2586-sı qadın namizəd olmaqla 7769 namizəd qeydə alınıb. Qeydə alınan 7769 namizədin 81,32%-ni gənclər təşkil edib.

Müsabiqənin test imtahanı mərhələsi 2014-cü il 13 noyabr – 2015-ci il 8 yanvar tarixlərində keçirilib. Namizədlərdən 2592 nəfəri (bütün namizədlərin 33,36%-i) test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən 5177 namizədin hər birinə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda nəticələr komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanında 1720 nəfər (bütün namizədlərin 22,14%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Onlardan 585 nəfəri 5-ci, 767 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb, 368 nəfəri isə 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Müsabiqənin müsahibə mərhələsi 2014-cü il 10 dekabr – 2015-ci il 16 aprel tarixləinrdə keçirilib. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçən 1441 namizəddən 144 nəfəri müsahibə mərhələsində iştirak etməyib. Müsahibədə iştirak edən namizədlərdən 456 nəfəri uyğun hesab edilib.

Müsahibələrin nəticələri üzrə ümumilikdə 76 apellyasiya şikayəti olub. Bunlardan 50-si təmin olunmayıb. 2 nəfərin müsahibə nəticəsi Apellyasiya komissiyasının qərarına əsasən ləğv edilib və namizədlər vəzifələrə uyğun hesab ediliblər. 24 namizədin müsahibə nəticələri ləğv edilərək onlarla yeni müsahibə keçirilib. Keçirilmiş yeni müsahibələr nəticəsində 10 namizəd vəzifəyə uyğun hesab edilib. Bununla da müsabiqə qalibinin sayı ümumilikdə 469 nəfər olub.

Müsabiqə qaliblərinin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib. Onlardan 122 nəfəri vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Müsabiqə qaliblərinin dövlət orqanları üzrə təyinatları davam edir.

Son xəbərlər

Orphus sistemi