Yuxarı
    Bağlamaq

    1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi elan olunub

    Müsabiqənin nəticələrinin bu ilin 4-cü rübündə açıqlanması planlaşdırılır

    Bakı. 28 mart. REPORT.AZ/ Elmin İnkişafı Fondu 2016-cı il mayın 17-də Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Federal dövlət büdcə təşkilatı “Rusiya Fundamental Tədqiqatlar Fondu” (RFTF) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında imzalanmış əməkdaşlıq haqqında üçtərəfli sazişin müddəalarını nəzərə almaqla 1-ci Azərbaycan-Rusiya üçtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib.

    Fondun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, müsabiqə Azərbaycan və Rusiya alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə fundamental-tətbiq xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub. Müsabiqə çərçivəsində fundamental-tətbiqi xarakterli və 200 000 manatadək maliyyə həcmli layihələr Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdiriləcək.

    Müsabiqədə iştirak etmək üçün layihələr martın 28-dən iyunun 29-u saat 17,00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin bu ilin 4-cü rübündə açıqlanması planlaşdırılır.

    Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək. Müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”-“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilə bilər. Qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə Fondun məsləhət seminarlarının keçirilməsi də nəzərdə tutulub.

    Rusiya Fundamental Tədqiqatlar Fondunun müvafiq elanı ilə link vasitəsilə tanış olmaq olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi