​Zoologiya İnstitutunda "Gəmiricilərin Sitogenetikası" üzrə tədqiqatlar aparılır

​Zoologiya İnstitutunda "Gəmiricilərin Sitogenetikası" üzrə tədqiqatlar aparılır Gələcək təcrübələrdə DNT səviyyəsində analizlər aparılacaq
Elm və təhsil
16 Avqust , 2016 20:40
​Zoologiya İnstitutunda Gəmiricilərin Sitogenetikası üzrə tədqiqatlar aparılır

Bakı. 16 avqust. REPORT.AZ/ AMEA-nın Zoologiya İnstitutunda "Gəmiricilərin Sitogenetikası" üzrə tədqiqatlar aparılır.

İnstitutun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədqiqatları biologiya üzrə fəlsəfə doktoru Esmira Məmmədrzayeva və elmi işçi Aqil Haxıyev aparır.

Bildirilib ki, Teriologiya laboratoriyasında teriofaunanın növ tərkibini, radiasiya nəticəsində xromosomlarda baş verən dəyişiklikləri öyrənmək üçün sitogenetik analizlər həyata keçirilir. Sitogenetik analizlər zamanı adi, C, Ag, G rəngləmə metodlarından istifadə olunaraq teriofaunaya 14 yeni növ daxil edilib. Laboratoriyanin mütəxəssisləri bildiriblər ki, növlərin təyinatında daha dəqiq nəticə əldə etmək üçün bu üsullardan istifadə etmək daha məqsədəuyğundur. Mütəxəssislər qeyd edib ki, gələcək təcrübələrdə DNT səviyyəsində analizlər aparılacaq. Bunun üçün labaratoriyanın mütəxəssislərinin İsrailli mütəxəssislərlə birgə əməkdaşlıq edəcək.

Son xəbərlər

Orphus sistemi