“Yüksəliş” müsabiqəsində iştirak üçün 1500-dən çox şəxs qeydiyyatdan keçib

“Yüksəliş” müsabiqəsində iştirak üçün 1500-dən çox şəxs qeydiyyatdan keçib Son iki gündə 1500-dən çox şəxs “Yüksəliş” müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçib.
Elm və təhsil
29 Dekabr , 2019 14:03
“Yüksəliş” müsabiqəsində iştirak üçün 1500-dən çox şəxs qeydiyyatdan keçib

Son iki gündə 1500-dən çox şəxs “Yüksəliş” müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçib. 

Bu barədə “Yüksəliş” müsabiqəsinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, dövlət quluqçularının da müsabiqəyə qatılmasında hər hansı məhdudiyyət yoxdur.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinə dekabrın 27-dən start verilib. Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

“Yüksəliş" müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır.

Son xəbərlər

Orphus sistemi