Yoluxma qeydə alınan məktəblərlə bağlı veriləcək qərar açıqlandı

Yoluxma qeydə alınan məktəblərlə bağlı veriləcək qərar açıqlandı "Əgər hər hansı bir məktəbdə yoluxma halı baş verərsə hansı qərar veriləcək? Yoluxma ilə bağlı məktəblərin bağlanma və açılması daha çox lokal xarakterli olacaq".
Elm və təhsil
27 Avqust , 2020 17:38
Yoluxma qeydə alınan məktəblərlə bağlı veriləcək qərar açıqlandı

"Əgər hər hansı bir məktəbdə yoluxma halı baş verərsə, hansı qərar veriləcək? Yoluxma ilə bağlı məktəblərin bağlanma və açılması daha çox lokal xarakterli olacaq".  

"Report" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. 

O bildirib ki, məktəblər açılandan sonra kütləvi yoluxma olacaqsa, bu halda həmin təhsil müəssisələrinin məhdudlaşdırılması da qismən olacaq:

“Məsələn, Bakının Xəzər rayonunda bir məktəbdə kütləvi yoluxma halları olarsa, Qaradağ rayonunda məktəbi bağlamaq məntiqli deyil. Bağlanmalar, açılmalar və məhdudiyyətlərlə bağlı qərarlar daha çox lokal xarakterli olacaq”.

Son xəbərlər

Orphus sistemi