Yerə yaxın qəhvəyi cırtdanda bulud qatı aşkarlandı

Yerə yaxın qəhvəyi cırtdanda bulud qatı aşkarlandı Bu yaxınlarda astronomlar çox böyük teleskopun köməyilə Yer kürəsinə ən yaxın qəhvəyi cırtdan olan Luhman 16A-da Yupiteri bürüyən oxşar bulud qatlarının olduğunu müəyyən ediblər.
Elm və təhsil
12 May , 2020 12:38
Yerə yaxın qəhvəyi cırtdanda bulud qatı aşkarlandı

Bu yaxınlarda astronomlar çox böyük teleskopun köməyilə Yer kürəsinə ən yaxın qəhvəyi cırtdan olan Luhman 16A-da Yupiteri bürüyən oxşar bulud qatlarının olduğunu müəyyən ediblər.

"Report" AMEA-nın rəsmi səhifəsinə istinadən xəbər verir ki, qəhvəyi cırtdan alimlər üçün kəşf olmasa da, polyarimetriya kimi tanınan “Caltech” texnikası, başqa sözlə, bu metodun son texnologiya tətbiqləri nisbətən yeni hesab edilir.

Tədqiqatçıların modelləri göstərib ki, buludların bəzi sahələri tufanlıdır, buna görə də qəhvəyi cırtdandakı hava Yupiterdə olduğu kimi sabit olmaya bilər.

Tədqiqatın həmmüəlliflərindən biri olan kosmik teleskopun Elmi İnstitutunun mütəxəssisi Jülyen Jirar bildirib ki, cırtdanda mövcud olan tufanlar silikatlar və ya ammonyak kimi maddələrin üzərinə yağış tökə bilər.

Alimlər komandası gələcəkdə ekzoplanetlərin ətrafında aparılan tədqiqatlar zamanı bu metodu istifadə etməyi planlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi