Yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb

Yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb Bu il 7 universitetdə yenidənhazırlanma təhsili aparılacaq
Elm və təhsil
19 Sentyabr , 2015 19:11
Yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanda 2015/2016-cı dərs ilində yenidənhazırlanma təhsili üzrə ixtisasların və təhsil aparılacaq müəssisələrin sayı artırılıb. Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu il 7 universitetdə, 21 ixtisas üzrə yenidənhazırlanma təhsili aparılacaq.

Bu il yenidənhazırlanma təhsilinə "Fizika müəllimliyi", "Korreksiyaedici təlim", "Sənaye Müəssisələri İşçilərini İxtisasartırma və Yenidənhazırlanma" İnstitutunda "Geofizika mühəndisliyi", "Neft-qaz mühəndisliyi", "Neft-qaz qurğuları mühəndisliyi", "Elektroenergetika mühəndisliyi", "Texnoloji maşın və avadanlıqlar mühəndisliyi", "Fövqəladə hallar və həyat faliyyətinin təhlükəsizliyi mühəndisliyi", "İnformasiya texnologiyalı və sistemləri mühəndisliyi" və "Sənayenin təşkili və idarə edilməsi" ixtisasları əlavə olunub.

Həmçinin, bu il yenidənhazırlanma təhsili aparılan müəssisələrin sırasına Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti də daxil edilib.

Belə ki, bu il Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetində yenidənhazırlanma təhsilinə dinləyici qəbulu aparılır.

Pedaqoji istiqamətlərlə ("Riyaziyyat müəllimliyi", "İnformatika müəllimliyi", "İbtidai sinif müəllimliyi" ,"Kimya müəllimliyi", "Biologiya müəllimliyi", "Coğrafiya müəllimliyi", "Tarix müəlimliyi", "Fizika müəllimliyi", "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", "Xarici dil müəlimliyi", "Korreksiyaedici təlim", "Təhsildə sosial-psixoloji xidmət" və "Məktəbəqədər təlim və tərbiyə") yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Sənaye Müəssisələri İşçilərini İxtisasartırma və Yenidənhazırlanma" İnstitutunda "Geofizika mühəndisliyi", "Neft-qaz mühəndisliyi", "Neft-qaz qurğuları mühəndisliyi", "Elektroenergetika mühəndisliyi", "Texnoloji maşın və avadanlıqlar mühəndisliyi", "Fövqəladə hallar və həyat faliyyətinin təhlükəsizliyi mühəndisliyi", "İnformasiya texnologiyalı və sistemləri mühəndisliyi" və "Sənayenin təşkili və idarə edilməsi" ixtisasları üzrə dinləyici qəbulu aparılacaq.

Son xəbərlər

Orphus sistemi