Yeni tədris ili üçün çap ediləcək dərsliklərin sayı açıqlandı

Yeni tədris ili üçün çap ediləcək dərsliklərin sayı açıqlandı 2019-2020-ci tədris ilində 322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait çap edilib.
Elm və təhsil
12 İyun , 2020 16:33
Yeni tədris ili üçün çap ediləcək dərsliklərin sayı açıqlandı

2019-2020-ci tədris ilində 322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait çap edilib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin istifadəsində olan 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib.

Qeyd olunub ki, 2020-2021-ci tədris ili üçün ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI siniflərinə ümumilikdə 339 adda 7 233 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulub. 

Onlardan 260 adda 6 912 174 nüsxəni dərsliklər, 79 adda 3 210 40 nüsxəni isə metodik vəsaitlər təşkil edir. Bu kağız dərsliklər əsasında 48 adda yeni elektron dərsliyin hazırlanması, 46 adda mövcud elektron dərsliyin isə təkmilləşdirilmiş kağız dərsliklərə uyğunlaşdırılması həyata keçiriləcək.

Bununla yanaşı, dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 1 856 99 nüsxə dərsliyin çap edilməsi nəzərdə tutulub.

2019-2020-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrinin I sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi