“Yay məktəbi”ndə hansı müəllimlərin dərs keçəcəyi məlum olub

“Yay məktəbi”ndə hansı müəllimlərin dərs keçəcəyi məlum olub “Yay məktəbi”ndə dərs deyəcək müəllimlər məktəbdaxili tənzimlənmə vasitəsi ilə seçiləcəklər”
Elm və təhsil
673
1 İyun , 2021 12:54
“Yay məktəbi”ndə hansı müəllimlərin dərs keçəcəyi məlum olub
0 : 00
0 : 00

“Yay məktəbi”ndə dərs deyəcək müəllimlər məktəbdaxili tənzimlənmə vasitəsi ilə seçiləcəklər”.

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, iki həftəlik “Yay məktəbi” bitdikdən sonra müddətin yenidən uzadılması nəzərdə tutulmayıb: “Açıq havada və ya məktəbin həyətində dərs keçmək yaxşı ideyadır. Lakin məktəndənkənar ərazilərdə bunu təşkil etmək düzgün deyil”.

V.Yayublu əlavə edib kİ, “Yay məktəbi”nin təşkili bütün məktəblər üçün keçərlidir: “Bir dərs müddəti 45 dəqiqə olacaq”.

Qeyd edək ki, iyunun 16-dan etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur. İyunun 30-dək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

Son xəbərlər

Orphus sistemi