Yaponiyanın məşhur "Fuji" televiziyası BANM-də çəkiliş aparıb

Yaponiyanın məşhur "Fuji" televiziyası BANM-də çəkiliş aparıb Bakı. 4 dekabr. REPORT.AZ/ Yaponiyanın məşhur Fuji televiziyası özünün ‘Naruhodo! The World’ adlı proqramı üçün çəkilişlərinin bir hissəsini Bakı Ali Neft Məktəbində (BANM) aparıb.
Elm və təhsil
4 Dekabr , 2018 11:57
Yaponiyanın məşhur Fuji televiziyası BANM-də çəkiliş aparıb
0 : 00
0 : 00

Bakı. 4 dekabr. REPORT.AZ/ Yaponiyanın məşhur "Fuji" televiziyası özünün ‘Naruhodo! The World’ adlı proqramı üçün çəkilişlərinin bir hissəsini Bakı Ali Neft Məktəbində (BANM) aparıb.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

İlk dəfə 1981-ci ildə yayımlanan proqram bugünə kimi 700-dən çox verilişlə ekrana çıxıb və proqramın növbəti verilişinin məhz Azərbaycana həsr edilməsi nəzərdə tutulub. 2019-cu ilin ilk günlərində efirə veriləcək və tamamilə Azərbaycana həsr ediləcək veriliş ölkənin tarixini, milli-mədəni irsini, mətbəxini, görməli yerlərini, neft və s. kimi dəyərli səvətlərini yaponlara daha yaxından tanıdacaq.

Neft sərvətindən məhrum olan yaponlar bu sahəni öz auditoriyasına daha yaxından və daha sadə dildə tanıtmaq üçün Bakı Ali Neft Məktəbilə əməkdaşlıq ediblər. Belə ki, ‘Naruhodo! The World’ adlı proqramın üzərində işləyən bir qrup yapon mütəxəssislər Ali Məktəbin laboratoriyalarında, tədris otaqlarında və BANM-ın kampusunun yaxınlığındakı buruqlarda Ali Məktəbin professor və tələbələrilə birgə çəkilişlər aparıblar. Çəkilişlər zamanı tələbələrlə birgə neft üzərində təcrübələr aparılıb və tələbələr müxtəlif sualları cavablandırıblar. Ali Məktəbin Neft-qaz mühəndisliyi kafedrasının professorları Fuad Vəliyev və Rauf Nadirov neft buruqlarının qarşısında Azərbaycan neftinin tarixi və çıxarılması üsulları haqda tələbələrə və çəkiliş komandasının üzvlərinə maraqlı faktlar səsləndiriblər.

Proqramın koordinatoru Midori Umehara BANM-ın rektoru Elmar Qasımovla görüşü zamanı Azərbaycanda yüksək standartlara cavab verən bu cür universitet olmasını böyük maraqla qarşıladığını bildirib və qonaqpərvərlik, eyni zamanda yaratdığı şərait üçün ona Fuji Televiziyası adından təşəkkür edib. 

Son xəbərlər

Orphus sistemi