Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçiriləcək

Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçiriləcək Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib.
Elm və təhsil
1242
14 Sentyabr , 2021 09:15
Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçiriləcək

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələr 16-17 sentyabrda nazirliyin tabeliyindəki S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçiriləcək.

Müraciət edən namizədlər arasından yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla 80 namizəd seçilərək müsahibəyə dəvət edilib.

Namizədlərdən müsahibəyə gələrkən bütün zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədi, ali və ya orta ixtisas, magistratura, eləcə də yenidən hazırlanma təhsili haqqında sənədin əsli və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni) özü ilə gətirmək tələb olunur. Müsahibə zamanı qeyd olunan sənədlər, xüsusilə elektron ərizədəki "Təhsil haqqında məlumatlar" bölməsində qeyd edilən təhsil pillələrinə dair bütün sənədlər yoxlanılacaq.

Müsahibəyə dəvət olunan namizədlərin seçimi zamanı onların biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq. Müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Qeyd edək ki, vakansiya seçimi 7-9 sentyabrda həyata keçirilib və seçimlərdə 2138 namizəd iştirak edib.

Son xəbərlər

Orphus sistemi