Mikayıl Cabbarov xüsusi istedada malik gənclərin üzə çıxarılması məqsədilə əmr imzalayıb

Mikayıl Cabbarov xüsusi istedada malik gənclərin üzə çıxarılması məqsədilə əmr imzalayıb Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub
Elm və təhsil
4 Fevral , 2015 12:35
Mikayıl Cabbarov xüsusi istedada malik gənclərin üzə çıxarılması məqsədilə əmr imzalayıb

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında respublika ifa müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnıları və təsniflərin, milli rəqslərin şagird və tələbələr arasında təbliğ olunması, eyni zamanda bu istiqamətdə aparılan işlərin səmərəliliyinin artırılması, şagird və tələbələrin asudə vaxtlarının mənalı təşkili, xüsusi istedada malik gənclərin üzə çıxarılması, onlarda ifa mədəniyyətinin yüksəldilməsidir.

Əmrə əsasən, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında Respublika ifa müsabiqəsi keçirilməli, müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunmalı, Naxçıvan MR təhsil naziri, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görməli, Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirlilməsini təmin etməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Son xəbərlər

Orphus sistemi