Xocavənd rayonunda qədim qala divarları aşkar edilib

Xocavənd rayonunda qədim qala divarları aşkar edilib Divarın tikintisində hərhansı bərkidici maddədən istifadə edilməyib
Elm və təhsil
13 Sentyabr , 2015 20:26
Xocavənd rayonunda qədim qala divarları aşkar edilib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı Xocavənd rayonu ərazisindəki Nərgiztəpə abidələr kompleksində arxeoloji araşdırmaları keçirib.

Xocavənd rayon icra hakimiyyətindən verilən məlumata görə, Nərgiztəpədə aparılan arxeoloji qazıntı işləri zamanı qədim qala divarları üzə cıxıb.

Nərgiztəpənin cənub-şərq ətəyində çox iri, yonulmamış qaya parçalarından bir cərgə düzülməklə inşa edilən və uzunluğu 60 metrə çatan divar qalıqları diqqəti cəlb edir. Divardan şərqdə - bayır tərəfdə qədim xəndəyin qalıqları aşkarlanıb. Cənubda isə bu divar torpaq səddə söykənir.

Divarın tikintisində hərhansı bərkidici maddədən istifadə edilməyib. Bu xüsusiyyətlərinə görə, divar qalığı Azərbaycanda dah açox “təpəgöz qalaları” kimi tanınan klassik siklop tikililəri sırasına daxildir. 

Son xəbərlər

Orphus sistemi