XI siniflərin istifadəsi üçün hazırlanan 32 dərslik komplektinin qiymətləndirilməsi aparılır

XI siniflərin istifadəsi üçün hazırlanan 32 dərslik komplektinin qiymətləndirilməsi aparılır 2017-ci il ərzində IV, VI, VIII və X siniflər, eləcə də V-X siniflərin gürcü bölməsi üçün ümumilikdə 4 563 416 nüsxə dərslik komplekti çap edilib
Elm və təhsil
6 Mart , 2018 14:25
XI siniflərin istifadəsi üçün hazırlanan 32 dərslik komplektinin qiymətləndirilməsi aparılır

Bakı. 6 mart. REPORT.AZ/ Hazırda 2018/2019-cu tədris ilində XI siniflərin istifadəsi üçün hazırlanan 32 dərslik komplektinin qiymətləndirilməsi aparılır.

“Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Qeyd olunub ki, hazırlanan dərslik layihələri Dərslikləri Qiymətləndirmə Şurası, Dövlət İmtahan Mərkəzi, AMEA-nın müvafiq institutları, ali təhsil müəssisələri, məktəblər tərəfindən qiymətləndirilməklə yanaşı, təkliflər təhlil edilərək nəşriyyatlara və müəlliflərə yönəldilib.

Eyni zamanda, Təhsil İnstitutu nəzdində yaradılan Tədris Resursları Mərkəzi tərəfindən dərslik hazırlığı üzrə mütəxəssislər cəlb etməklə ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin yaradılması ilə bağlı beynəlxalq təcrübə öyrənilib, artıq I-IV siniflər üçün “Azərbaycan dili” və “Riyaziyyat” fənləri üzrə dərsliklərin hazırlanmasına başlanılıb.

Bundan başqa, 2017-ci il ərzində IV, VI, VIII və X siniflər, eləcə də V-X siniflərin gürcü bölməsi üçün ümumilikdə 4 563 416 nüsxə dərslik komplekti çap edilib.

Hesabata əsasən, Gürcüstanın tədris Azərbaycan dilində olan məktəbləri 11500 nüsxə “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri və müəllimlər üçün metodik vəsaitlərlə pulsuz təmin edilib.  

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi