Xəzər Universitetinin rəhbərliyi Parisə səfər edib

Xəzər Universitetinin rəhbərliyi Parisə səfər edib Məqsəd Parisin Sorbon Universiteti ilə ali təhsil ocağı arasında əməkdaşlığı inkişaf etdirməkdir
Elm və təhsil
12 Oktyabr , 2017 02:45
Xəzər Universitetinin rəhbərliyi Parisə səfər edib

Paris. 12 oktyabr. REPORT.AZ/ Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlının rəhbərliyi ilə universitetin nümayəndə heyəti Parisin Sorbon Universitetinin dəvəti ilə Parisə işgüzar səfər edib.

"Report"un Fransa bürosu xəbər verir ki, səfərdə məqsəd Parisin Sorbon Universiteti ilə Azərbaycanın ali təhsil ocağı arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Səfər çərçivəsində keçirilən görüşlərdə tələbə və müəllim heyətinin mübadiləsi, birgə təhsil proqramlarının həyata keçirilməsi, azərbaycanlı tələbələrin Fransada tədqiqat işi aparması imkanları və digər mövzular müzakirə edilib.

Görüşlər zamanı Azərbaycan nümayəndə heyəti Paris Sorbon Universitetinin müəllim heyətini respublikamıza dəvət edib.

Vusalə İsmətqızı

Son xəbərlər

Orphus sistemi