Xəzər İbrahim ABŞ-dakı azərbaycanlı tələbələrlə görüşüb

Xəzər İbrahim ABŞ-dakı azərbaycanlı tələbələrlə görüşüb Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim mübadilə proqramı çərçivəsində ABŞ-ın Corc Vaşinqton Universitetinin “Kompüter elmləri və Data Analitikası” ixtisası üzrə magistr proqramında təhsilini davam etdirən ADA Universitetinin
Elm və təhsil
2301
17 Sentyabr , 2021 02:50
Xəzər İbrahim ABŞ-dakı azərbaycanlı tələbələrlə görüşüb

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim mübadilə proqramı çərçivəsində ABŞ-ın Corc Vaşinqton Universitetinin “Kompüter elmləri və Data Analitikası” ixtisası üzrə magistr proqramında təhsilini davam etdirən ADA Universitetinin bir qrup tələbəsi ilə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, ADA Universitetinin Vaşinqton mərkəzində baş tutan görüşdə səfir tələbələrlə tanış olub, onlarla fikir mübadiləsi aparıb.

Diplomat təhsil aldığı Vaşinqtonun Corctaun Universitetində qazandığı təcrübələri tələbələrə bölüşüb, öz tövsiyyələrini verib. Dünyanın bir çox qabaqcıl universitetlərində təhsil alan parlaq Azərbaycan gəncliyinin uğurlarına sevindiyini deyən səfir tələbələrə əzimlə çalışmağı və qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün mübarizə aparmağın vacib olduğunu bildirib.

Tələbələr də öz növbəsində X. İbrahimə müxtəlif mövzular barəsində suallar ünvanlayıb, onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər. X.İbrahim bu kimi ənənəvi görüşlərin ABŞ-ın digər təhsil ocaqlarında təhsil alan tələbələrlə də reallaşdıracağını vəd edib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi