Xarici dövlətlərin ixtisaslarının tanınması qaydası dəyişib

Xarici dövlətlərin ixtisaslarının tanınması qaydası dəyişib Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edib.
Elm və təhsil
21 Sentyabr , 2020 20:35
Xarici dövlətlərin ixtisaslarının tanınması qaydası dəyişib

Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edib.

"Report"un məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

Qərara əsasən, Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması sahəsində göstərilən xidmətlərə görə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. 

Yeni qərarla ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə olunması ləğv edilib. 

Son xəbərlər

Orphus sistemi