Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb Xaricdə doktorantura təhsili ilə bağlı 2022-ci il üçün ilk sənəd qəbulunun müddəti uzadılıb.
Elm və təhsil
1 aprel 2022 08:07
Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

Xaricdə doktorantura təhsili ilə bağlı bu il üçün ilk sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 aprel 2022-ci il saat 23:59-dək davam edəcək.

Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi