“Xarıbülbül” müsabiqəsinin nəticələri elan olunub

“Xarıbülbül” müsabiqəsinin nəticələri elan olunub Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən IX−XI sinif şagirdləri arasında İkinci Qarabağ müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” adlı inşa müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.
Elm və təhsil
393
11 Noyabr , 2021 17:48
“Xarıbülbül” müsabiqəsinin nəticələri elan olunub

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən IX−XI sinif şagirdləri arasında Vətən müharibəsinin ildönümünə həsr olunan “Xarıbülbül” adlı inşa müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.

Mərkəzdən “Report”a bildirilib ki, tədbirdə qurumun əməkdaşları, dilçi alimlər, ziyalılar, dövlət və özəl qurumların nümayəndələri, qazilər, məktəb direktorları və müsabiqənin qalibləri iştirak ediblər.

Mərkəzin direktoru professor Sevinc Əliyeva hər kəsi Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. O xatırladıb ki, bu həftə iki mühüm bayram qeyd edilib və hazırda 12 noyabr − Konstitusiya Gününün ərəfəsindəyik. Bu əlamətdar günlərin xalqımız, dövlətimiz üçün əhəmiyyətindən danışan professor Azərbaycan xalqına zəfər hissini yaşadan şəhidlərə, qazilərə ehtiramı ifadə edib, 30 ildən sonra tarixi ədalətin bərpa olunmasının məhz Ali Baş Komandan və rəşadətli Azərbaycan oğullarının sayəsində mümkün olduğunu söyləyib.

S.Əliyeva bildirib ki, ”Xarıbülbül” adlı inşa müsabiqəsinin keçirilməsində əsas məqsəd Vətən müharibəsində əldə olunan zəfərin şagirdlərdə yaratdığı təəssüratı öyrənmək, onlarda vətənpərvərlik hissinin formalaşmasına müvəffəq olmaq, eləcə də məktəblilərdə düzgün yazı vərdişlərinin qazanılmasına kömək etmək, yazıda ədəbi dil normalarına ciddi əməl olunmasına təşviq etməkdir.

Tədbirdə AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Birinci Qarabağ müharibəsinin qazisi Qədim Qubadov, Sonra müsabiqənin münsiflər heyətinin sədri, Mərkəzin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri dosent Şahlar Məmmədov, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, şair Vüqar Əhməd çıxış edib.

Çıxışçılar qeyd edib ki, torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün təmin olunması uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanların ömür yolu, vətən sevgisi gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Bildirilib ki, qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlamaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir.

Tədbirdə “Xarıbülbül” adlı inşa müsabiqəsinin nəticələrini elan edilib.

Qeyd olunub ki, bu qəbildən olan müsabiqələr şagirdlərdə tədqiqatçılıq və yaradıcılıq qabiliyyətlərini üzə çıxartmaq, dil qaydalarını bilmə və tətbiqetmə bacarığını müəyyənləşdirmək məqsədi daşıyır.

Vurğulanıb ki, dil millətin əbədi qayğısıdır, onun saflığını qorumaq hər kəsin ümdə vəzifəsidir. İnşa müsabiqələrində şagirdlərin dünyagörüşü, onların milli ruhu ilə yanaşı, ana dilinə olan münasibəti də öz əksini tapır.

İlk üç yerin qaliblərinə və onların təhsil aldığı məktəbin rəhbərliyinə Fəxri fərman və hədiyyələr təqdim olunub, 7 şagird isə inşa müsabiqəsində xüsusi seçildiyinə görə təltif edilib.

Bildirilib ki, müsabiqə qaydalarına uyğun olan 32 inşa yazısı maksimal 10 ballıq sistemlə qiymətləndirilib, münsiflər heyətinin yekun qərarına əsasən qaliblər müəyyən olunub.

Həmçinin təbdirdə iştirak edən qazilərə hədiyyələr təqdim edilib və onların ürək sözləri dinlənilib.

Qeyd edək ki, “Xarıbübül” inşa müsabiqəsində vətənpərvər ruhda tərbiyə olunmasında birinci yerin qalibi Bakı şəhəri, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 11A sinif şagirdi İsayeva Tuba Murad qızı, ikinci yerin qalibi Bakı şəhəri, Xəzər rayonu 230 №-li tam orta məktəbin 10A sinif şagirdi Kərimzadə Pərvanə Sadiq qızı, 3-cü yerin qalibi isə Bakı şəhəri, Nəsimi rayonu 151 № -li tam orta məktəbin 9A sinif şagirdi Eminli Müjgan Vidadi qızı olub.

Son xəbərlər

Orphus sistemi