Akademik Vasim Məmmədəliyev dəfn olunub - YENİLƏNİB-3

Akademik Vasim Məmmədəliyev dəfn olunub - YENİLƏNİB-3 Akademik Vasim Məmmədəliyev dəfn olunub.
Elm və təhsil
14 Oktyabr , 2019 15:24
Akademik Vasim Məmmədəliyev dəfn olunub - YENİLƏNİB-3

Akademik Vasim Məmmədəliyev dəfn olunub.

''Report'' xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Atatürk Mərkəzinin sədri, deputat Nizami Cəfərov, rəsmi şəxslər, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.


*** 14:41

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi başa çatıb. 

"Report" xəbər verir ki, mərhumun cənazəsi Bakı Dövlət Universitetindən götürülüb. 

Mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılır. 


*** 14:30

Akademik V.Məmmədəliyevlə vida mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Vergilər naziri Mikayıl Cabbarov, Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Ombudsman Elmira Süleymanova, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, mərhumun ailə üzvləri, yaxınları, elm və təhsil xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

"Report" xəbər verir ki, vida mərasimi saat 15:00-dək davam edəcək. 


*** 13:00

Bakı Dövlət Universitetində (BDU) mərhum akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Vida mərasimi saat 15:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev oktyabrın 13-də axşam saatlarında 78 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi