Bakı. 11 dekabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 10 nəfəri Naxçıvanda arxiv işi sahəsində səmərəli fəaliyyətinə görə "Rəşadətli əməyə görə" nişanı ilə təltif edib.
"Report"un xəbərinə görə, V.Talıbov bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Babazadə Əkbər Məhəmmədəli oğlu, Bağırova Səidə Əli qızı, Əliyev İsa Qulam oğlu, İmanov Ədalət İslam oğlu, Kərimov Məmmədhəsən Cavad oğlu, Qasımov Vilayət Əli oğlu, Mehdiyeva Tünzalə Mehdi qızı, Məmmədova Fazilə Müslüm qızı, Rəcəbova Nüşabə Məmməd qızı, Tarverdiyeva Dilbər Məmməd qızı "Rəşadətli əməyə görə" nişanına layiq görülüblər.