V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə ərizə qəbulunun vaxtı açıqlanıb

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə ərizə qəbulunun vaxtı açıqlanıb Bununla bağlı TQDK açıqlama yayıb
Elm və təhsil
3 Aprel , 2015 12:57
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə ərizə qəbulunun vaxtı açıqlanıb

Bakı. 3 aprel. REPORT.AZ/ V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu mayın 5-dən 18-dək aparılacaq. TQDK-dan “Report”a verilən xəbərə görə, qəbul qaydalarına əsasən həmin abituriyentlər, həmçinin “Azərbaycan dili” fənnindən də imtahan verməlidirlər (ilk imtahan aprelin 26-da, ikinci imtahan isə iyulun 7-də keçiriləcək).

Qeyd olunan kateqoriyadan olan rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahanda iştirak etmək üçün aprel ayının 15-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək üçün tələb olunan iş nömrəsi və şifri internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Rus bölməsinin abituriyentləri həmin iş nömrəsi və şifrdən elektron ərizə qəbulunun digər mərhələlərində də istifadə edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi