Oktyabrın 1-dən V-IX sinif şagirdləri həftədə 3 dəfə olmaqla əyani dərslərə cəlb ediliblər.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, əyani dərslərdə həftəlik dərs yükü 15 saat müəyyənləşdirilib. Digər dərs saatları distant formada tədris ediləcək.
Qeyd edək ki, 2020-2021-ci dərs ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi pandemiya şəraitinə uyğun olaraq təşkil edilir, sanitar-epidemioloji qaydalara bütünlüklə əməl edilir.