Masallıda “Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq!” mövzusunda təlim keçirilib - FOTO

Masallıda “Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq!” mövzusunda təlim keçirilib - FOTO Masallı rayonunda gənclər üçün “Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq!” adlı maarifləndirici təlim keçirilib.
Elm və təhsil
26 Noyabr , 2019 15:38
Masallıda “Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq!” mövzusunda təlim keçirilib - FOTO

Masallı rayonunda gənclər üçün “Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq!” adlı maarifləndirici təlim keçirilib.

"Report"un məlumatına görə, tədbir "Hüquqi Yardım" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində baş tutub. 

Təlimdə Masallı rayonunu təmsil edən 25 uşaq və yeniyetmə iştirak edib.

Təlimdə ”Hüquqi Yardım” İctimai Birliyinin hüquqşünası İlqar Qasımov, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin məsul əməkdaşı, polis mayoru İbrahim Əhmədov çıxış ediblər. Çıxış edənlər və təlimçilər bir günlük təlim zamanı iştirakçılara insan alveri, onun uşaq və yeniyetmələrin həyatında buraxdığı acı nəticələr, insan alverinin fəsadları, onun həyata keçirilməsinin forma və metodları, üsul və vasitələri ilə bağlı geniş məlumat veriblər.

Tədbirdə həmçinin yeniyetmələr üçün insan alveri anlayışı, insan alveri qurbanları, potensial qurbanlarla işləmə prinsipləri və qaydaları, qurbanların sosial və hüquqi müdafiəsi, Azərbaycan respublikası üçün spesfik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə ətraflı məlumat verilib. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri haqqında danışılıb.

Təlimdə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” ətraflı təhlil edilmiş, Astara rayonu ərazisində fəaliyyət göstərən ictimaiyyət üzvləri üçün insan alveri ilə mübarizə barədə dolğun bilgilər verilib.

Təlim interaktiv şəraitdə davam etmiş və təlimin sonunda iştirakçıların çoxsaylı sualları təlimçilər tərəfindən ətraflı cavablandırılıb.

Təlimdə həmçinin bütün iştirakçılara “Hüquqi Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gətirdiyi “Uşaq və yeniyetmələri insan alverinin fəsadlarından qoruyaq!” adlı bukletlər paylanılıb.

Son xəbərlər

Orphus sistemi