Uşaq Səfirlər Məclisinə qeydiyyat müddəti uzadıldı

Uşaq Səfirlər Məclisinə qeydiyyat müddəti uzadıldı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Uşaq Səfirlər Məclisinə qeydiyyat müddəti uzadılıb.
Elm və təhsil
5 Fevral , 2020 11:41
Uşaq Səfirlər Məclisinə qeydiyyat müddəti uzadıldı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Uşaq Səfirlər Məclisinə qeydiyyat müddəti uzadılıb.

Dövlət Komitəsindən "Report"a bildirilib ki, qeydiyyatın vaxtı 15 fevral 2020-ci ilədək artırılıb.

Qeyd olunub ki, Məclisə yaşı 14-18 arasında olan uşaqlar müraciət edə bilərlər. Məclis uşaqların liderlik bacarıqlarının, sosial fəallığının artırılmasına imkan yaradacaq və Məclisə 15 nəfər seçiləcək. 

Qeyd edək ki, Uşaq Səfirlər Məclisi 2020-ci ilin “Könüllülər ili” olması prosesinə uşaqların da töhfə verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədi ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi