Uşaq evlərinə məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək hüququ verilib

Uşaq evlərinə məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək hüququ verilib “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edilib
Elm və təhsil
23 Dekabr , 2017 02:34
Uşaq evlərinə məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək hüququ verilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib.

“Report” xəbər verir ki, qərara əsasən, uşaq evlərinə məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək hüququ verilib.

Nazirlər Kabinetinin qərarı ilə “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 4-cü maddəsinə aşağıdakı məzmunda 4.1.5-ci yarımbənd əlavə edilib:

“4.1.5. məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək”.