Universitetlərin məzunlarının işlə təmin olunması üzrə dünya reytinqi dərc olunub

Universitetlərin məzunlarının işlə təmin olunması üzrə dünya reytinqi dərc olunub Siyahıda Azərbaycan ali təhsil müəssisələri yoxdur
Elm və təhsil
134
23 Noyabr , 2016 14:37
Universitetlərin məzunlarının işlə təmin olunması üzrə dünya reytinqi dərc olunub

Bakı. 23 noyabr. REPORT.AZ/ Universitetlərin məzunlarının işlə təmin olunması üzrə ilk dəfə dünya reytinqi (QS Graduate Employability Ranking) dərc edilib.

"Report" xəbər verir ki, ümumilikdə reytinqdə dünyanın müxtəlif ölkələrindən 300 ali təhsil ocağı yer alıb. Reytinqin tərtibi zamanı aşağıdakı göstəricilər nəzərə alınıb: işəgötürənlər arasında nüfuzu, onlar ilə əməkdaşlıq, məzunların uğurlu olması, işəgötürənlərin kampusda iştirakı və işlə təmin edilməsi.

Siyahıda Azərbaycan ali təhsil müəssisələrinin adı yoxdur.

Reytinqdə ən yaxşı 5 universitet bunlardır: Stenford Universiteti və Massaçusets Texnologiya İnstitutu (ABŞ), Tsinhua Universiteti (Çin), Sidney Universiteti (Avstraliya) və Kembric Universiteti (Böyük Britaniya).

Son xəbərlər

Orphus sistemi