Universitetlərdə mühazirələr onlayn olacaq

Universitetlərdə mühazirələr onlayn olacaq “Dərslərin başlanması adi qaydada olmayacaq. Hazırda yeni yanaşmalar müzakirə edilir”.
Elm və təhsil
1743
29 Avqust , 2020 11:52
Universitetlərdə mühazirələr onlayn olacaq

“Dərslərin başlanması adi qaydada olmayacaq. Hazırda yeni yanaşmalar müzakirə edilir”. 

“Report” xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, məktəblərdə sıxlıq maksimum dərəcədə azaldılmalıdır: “Aşağı siniflərdə dərslərə başlanılsa da, onlayn tədrisdən istifadə etmək lazım olacaq. Universitetlərdə isə mühazirələr birmənalı şəkildə onlayn olacaq. Adi praktik məşğələlər də onlayn formada olacaq. Hesab etməyək ki, sentyabrın 15-də dərslər ənənəvi formada həyata keçiriləcək. Yekun qərarı gözləmək məsləhətdir”.

Orphus sistemi