Nazirlik: Universitetlərdə ənənəvi tədris qismən bərpa olunub

Nazirlik: Universitetlərdə ənənəvi tədris qismən bərpa olunub Bu gündən ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində ənənəvi tədris forması qismən bərpa olunub
Elm və təhsil
16 Fevral , 2021 11:36
Nazirlik: Universitetlərdə ənənəvi tədris qismən bərpa olunub

Təhsil Nazirliyi ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində ənənəvi tədris formasının qismən bərpa olunması ilə bağlı açıqlama verib.

"Report" xəbər verir ki, açıqlamada deyilir:

"Bu gündən etibarən sözügedən təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada aparılacaq. Digər ixtisaslar üzrə tədris isə distant qaydada davam etdiriləcək".

Son xəbərlər

Orphus sistemi