UNEC Azərbaycan universitetləri arasında beynəlxalq reytinqə görə birinci olub

UNEC Azərbaycan universitetləri arasında beynəlxalq reytinqə görə birinci olub Bakı. 28 iyun. REPORT.AZ/ Webometrics reytinq agentliyinin iyun ayında açıqladığı “Google Akademik istinadlarına görə ən yaxşı universitetlər” (TRANSPARENT RANKING: Top Universities by Google Scholar Citations) reytinqində UNEC Azərbaycan universitetləri arasında lider olub.
Elm və təhsil
28 İyun , 2018 12:30
UNEC Azərbaycan universitetləri arasında beynəlxalq reytinqə görə birinci olub
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ "Webometrics" reytinq agentliyinin iyun ayında açıqladığı “Google Akademik istinadlarına görə ən yaxşı universitetlər” (TRANSPARENT RANKING: Top Universities by Google Scholar Citations) reytinqində UNEC Azərbaycan universitetləri arasında lider olub. 

Bu barədə "Report"a UNEC-in Marketinq və Kommunikasıya Departamentindən məlumat verilib.

Reytinqə görə, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 3614 istinad edilib.

Azərbaycandan iki ali təhsil müəssisəsinin yer aldığı reytinqdə Bakı Dövlət Universiteti isə 2787 istinadla ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, UNEC reytinqdəki mövqeyinə görə bir çox Amerika və Avropa universitetlərini qabaqlayıb.

Son xəbərlər

Orphus sistemi