UNEC Aİ-nin Türkiyədə maliyyələşdirilən layihələrinə cəlb olunacaq

UNEC Aİ-nin Türkiyədə maliyyələşdirilən layihələrinə cəlb olunacaq Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Türkiyədə reallaşdırılan layihələrdə iştirak edəcək.
Elm və təhsil
30 Oktyabr , 2021 19:34
UNEC Aİ-nin Türkiyədə maliyyələşdirilən layihələrinə cəlb olunacaq

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Türkiyədə reallaşdırılan layihələrdə iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov sosial şəbəkədəki hesabında bildirib.

"Beynəlxalq Strateji Menecment Konfransının Sədri və Türkiyə Əmək və Sosial Müdafiə Nazirinin müavini prof., dr., Lütfihak Alpkanla UNEC potensialının artırılması məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Türkiyədə reallaşdırılan müvafiq layihələrə UNEC-in cəlb edilməsi imkanlarını müzakirə etdik və razılıq əldə etdik. Uğurlar! Hər şey daha da yaxşı olacaq!”, - deyə Ədalət Muradov feysbukdakı hesabında yazıb.

Son xəbərlər

Orphus sistemi