"Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”da dəyişiklik edilib

"Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”da dəyişiklik edilib Təhsil naziri Mikayıl Cabbarov bununla bağlı əmr imzalayıb
Elm və təhsil
16 İyun , 2016 18:33
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”da dəyişiklik edilib

Bakı. 16 iyun. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”da dəyişiklik edilməsi barədə əmr imzalayıb.

“Report”un xəbərinə görə, əmrin imzalanmasında məqsəd “Ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası təhsil nazirinin 2 mart 2016-cı il tarixli 122 nömrəli əmrinin 1-ci bəndi üzrə tədbirlərin həyata keçirilməsidir.

Əmrə əsasən, böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə Təhsil Nazirliyinin təqdim etdiyi qiymətləndirmə vasitələrindən istifadə edilməklə fənni tədris edən müəllim tərəfindən aparılır. 

Bundan başqa, “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”ın 4.14-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“4.14. Şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanır:”

Y1 Y2 İllik   Y1 Y2 İllik   Y1 Y2 İllik   Y1 Y2 İllik
2 2 2 3 2 2 4 2 3 5 2 3
2 3 3 3 3 3 4 3 3 5 3 4
2 4 3 3 4 4 4 4 4 5 4 4
2 5 4 3 5 4 4 5 5 5 5 5

Son xəbərlər

Orphus sistemi