Təhsil naziri: "Son 15 ildə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb"

Təhsil naziri: "Son 15 ildə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb" Ümumi təhsildə step yanaşmasının tətbiqi prioritet məsələlərdən biridir.
Elm və təhsil
7 May , 2019 15:59
Təhsil naziri: Son 15 ildə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb
Təhsil naziri Ceyhun Bayramov / Report. Elchin Murad

"Ümumi təhsildə step yanaşmasının tətbiqi prioritet məsələlərdən biridir".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu yanaşma təbiət, texnologiya, mühəndislik və riyaziyyat fənlərinin tədrisinin ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə öyrədilməsi və şagirdlərdə XXI əsr bacarıqlarının formalaşmasını nəzərdə tutur.

C.Bayramov qeyd edib ki, bu istiqamətdə növbəti tədris ilində məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tədbiqi planlaşdırılır.

"Ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi tədbirləri davam etdirilib. 2003-2018-ci illərdə ölkədə 2200-dən çox məktəb binası tikilib, əsaslı təmir edilib. Nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu istiqamətdə tədbirlər bu il də davam etdiriləcək. Ölkədə qəzalı məktəblərin problemi həll ediləcək" - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi