2021-ci ildə Ukrayna ali məktəblərindən xaric olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
"Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Elm və Təhsil Nazirliyindən bildirilib ki, ümumilikdə 903 nəfər Azərbaycan vətəndaşı ali məktəblərdən çıxarılıb.
Buna davamiyyət zəifliyi, təhsil ilə bağlı yaşamaq izninin tələblərinin pozulması və s.nöqsanlar səbəb olub.